AZ

“Aeroflot” şirkətinə milyardlarla ziyan dəyib VİDEO

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, aviareyslərin ləğvinə səbəb milli aviadaşıyıcının İT infrastrukturunun böyük miqyaslı nasazlığı olub. Nasazlıq isə güclü haker hücumu ilə izah edilir. Hava nəqliyyatı sahəsi üzrə mütəxəssislər infrastrukturun bərpası xərclərini və qarşıdakı tarixlər üçün bilet almaqdan imtina edən müştəriləri nəzərə alınmaqla, ümumi itkilərin milyardlarla rubla çata biləcəyini vurğulayırlar. “Aviaşirkətin bir neçə min fiziki və virtual serverinin tamamilə məhv edilməsi mümkün deyil. Amma onun sistemlərinin bərpası təxminən bir neçə gündən bir neçə aya qədər vaxt aparacaq”, - İT mütəxəssislər güman edirlər.

Rusiyanın “Aeroflot” şirkəti haker hücumuna məruz qalıb | VİDEO

“Aeroflot” həmçinin insidentin nəticələrinin ləğvi və əlavə araşdırma aparmaq üçün ixtisaslaşmış kibertəhlükəsizlik agentliyini işə götürməli olacaq. Xatırladaq ki, iyulun 28-də Rusiya Federasiyasının Baş Prokurorluğu “Aeroflot” aviaşirkətinin informasiya sistemlərində baş vermiş irimiqyaslı nasazlığın məqsədyönlü haker hücumunun nəticəsi olduğunu rəsmən təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəyə görə məsuliyyəti “Cyberpartisans BY” və “Silent Crow” haker qrupları öz üzərinə götürüb. Onlar açıqlamalrında bir il ərzində aviaşirkətin daxili şəbəkəsinə çıxış əldə etdiklərini bildiriblər. İddiaya görə, bu müddət ərzində onlar əsas korporativ sistemləri pozmağa və uçuş tarixçələri və müştərilərin şəxsi məlumatları da daxil olmaqla böyük həcmdə miqdarda məlumatları oğurlaya biliblər.

pic.twitter.com/ynzNjwzWU4

— Newsfeed (@Newsfeed883920) July 28, 2025

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
30
azvision.az

10Mənbələr