AZ

Arif Babayevin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı bu günə olan son məlumatlar açıqlanıb.

Bu barədə Teleqraf-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev məlumat verib.

Həkimin sözlərinə görə, xəstənin vəziyyəti ağır olaraq qalır və müalicəsi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

"Öz tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeydə alınmayıb. Eyni zamanda böyrək funksiyaları ilə yanaşı, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir", - məlumatda deyilib.
Seçilən
17
40
sherg.az

10Mənbələr