AZ

Hesablama Palatası I yarımildə aşkarlanan maliyyə pozuntusunun həcmini açıqlayıb

Bakı. Trend:

Bu ilin birinci yarısında Hesablama Palatası tərəfindən həyatakeçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri iləuyğunluq predmetləri üzrə cəmi 65 milyon manatlıq maliyyə pozuntusuaşkarlanıb.

Trend bubarədə Palataya istinadən xəbər verir.

Məlumat tərtib edildiyi dövrədək başa çatdırılmış KDMNtədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 17,8milyon manat olduğu hesablanıb.

Qeyd edilib ki, nəticələri rəsmiləşdirilmiş auditlər üzrəmaliyyə hesabatlılığında 105,1 milyon manatlıq təhriflərə yolverildiyi aşkarlanıb ki, bunların 12,6 milyon manatı əhəmiyyətlitəhriflərdən ibarət olub.

"Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımlarınatılması məqsədilə 7 halda nəzarət obyektlərinə auditor hesabatı vəkollegiya qərarları göndərilib. 2025-ci ilin İş Planına əsasən başaçatdırılmış nəzarət tədbirlərinin nəticələri AzərbaycanRespublikasının Milli Məclisinə və Naxçıvan Muxtar RespublikasınınAli Məclisinə təqdim olunub.

Bir tədbir üzrə Naxçıvan Muxtar Respublikasının NazirlərKabinetinə, üç tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarlaəlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsiməqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vəNaxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məlumatgöndərilib.

Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarəttədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmışaddımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb,əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpatəklifi ilə bağlı qalan vəsaitdən 0,9 milyon manatın hesabat tərtibolunduğu günədək pul və əvəzləşdirmə formasında bərpası təminedilib. Əvvəlki ildə auditlər nəticəsində aşkarlanmış əhəmiyyətlitəhriflərin 300 milyon manatdan çoxu üzrə müvafiq düzəlişləredilib", - deyə məlumatda qeyd edilib.

Seçilən
75
50
az.trend.az

10Mənbələr