AZ

Rusiyadakı səfirimiz Rasim Balayevin müraciətinə cavab vermədi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub.

Publika.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab verilməyib.

Seçilən
22
1
publika.az

10Mənbələr