AZ

Tanınmış müğənni əri tərəfindən öldürüldü

Özbəkistanın Səmərqənd vilayətində 33 yaşlı müğənni Zeboyijahon (əsl adı Zebiniso Nosirova) ailə münaqişəsi zəminində öldürülüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun əri qətldə şübhəli bilinərək saxlanılıb.

Hadisə iyulun 26-da qadının ayrıca yaşadığı evdə baş verib. İstintaqın məlumatına görə, kişi övladlarını görmək üçün onun yanına gəlib, lakin onların arasında mübahisə düşüb. Münaqişə zamanı o, əlləri ilə onun boynunu sıxıb, nəticədə qadın yerindəcə keçinib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Zeboyijahon Özbəkistanda  xalq mahnılarının ifaçısı kimi tanınırdı. Onun üç azyaşlı övladı qalıb.

Seçilən
74
49
unikal.az

10Mənbələr