AZ

Müəllimlər üçün yenilik: Faktiki yaşayış üzrə MİQ keçirilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrəvakansiya seçimi mərhələsinə başlanılın.

Yenisabah.az xəbər verir ki, namizədlər saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi 4 avqust saat 11:00-dək davam edəcək. pizza

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bu vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz.


Telegram kanalımız
Seçilən
14
14
yenisabah.az

10Mənbələr