Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrəvakansiya seçimi mərhələsinə başlanılıb.
Bu barədə Bakues.az-a İnsan Reursları Məkərindən məlumat verilib.
Bildirilib ki, namizədlər 31 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi 4 avqust saat 11:00-dək davam edəcək.
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.