AZ

Kuril adalarında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb

Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə 7News.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Kamçatkanın şərq sahilində, Petropavlovsk-Kamçatskidən 155 km şərqdə isə 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.
Seçilən
57
9
7news.az

10Mənbələr