İyulun 29-u Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib.
Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət Xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.