AZ

Macarıstan Azərbaycan iqtisadiyyatında ən böyük Avropa investorlarındandır

Macarıstan Azərbaycan iqtisadiyyatında üçüncü ən böyük Avropa investorudur.

Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Səfir Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə ASK arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.

O, qarşıdakı aylarda Budapeştdə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə komissiya iclası və biznes forumlar, Bakıda təşkil olunacaq biznes görüşləri və beynəlxalq sərgilər, o cümlədən “Bakı Su Həftəsi” kimi tədbirlərdə qarşılıqlı iştirakla bağlı təşəbbüslərini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin, Macarıstan səfirliyinin müxtəlif sahələrdə təşkil edəcəyi tədbirlərin davam etdiriləcəyi və xüsusilə süni intellekt sahəsində birgə fəaliyyətlərə dair gələcək planlar müzakirə olunub.

Seçilən
28
50
vergiler.az

10Mənbələr