AZ

Daha bir yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

"M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində  aparılacaq təmir işləri ilə əlaqədar olaraq,  1 avqust  tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq".

Bu barədə Sabahinfo.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

"Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub. 

Seçilən
32
26
sabahinfo.az

10Mənbələr