“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL klubu ilə qarşılaşacaq.
Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" Polşa, (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
AFFA-dan klublara MÖHLƏT
Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
İbrahima Vadji rəsmən "Turan Tovuz"da
"Kəpəz" "Sumqayıt"a qarşı - YENİLƏNİR
“Kəpəz”dən növbəti transfer