Bakı. Trend:
“Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsindəsonuncu yoxlama oyununu keçirəcək.
Klubdan Trend-əverilən məlumata görə, “ağ-qaralar” Kiprin AEL komandası iləqarşılaşacaq.
Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdəyerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və“Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “AsterasTripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.