
“Kuruluş Osman” serialının baş rol ifaçısı Burak Özçivitin, iddialara görə, prodüserlə maddi məsələlərdə razılığa gələ bilmədiyi üçün layihədən ayrıldığı bildirilmişdi. Serialın ssenarisində zaman atlaması yaşanacağı deyilirdi. İlk böyük transfer artıq reallaşıb.Yeni mövsümü maraqla gözlənilən “Kuruluş Osman” serialının hazırlıqları sürətlə davam edir. Birsen Altuntaşın məlumatına görə, rejissoru dəyişdirilən və yenilənən serialda “Orxan bəy” rolu üçün məşhur aktyor Mert Yazıcıoğlu ilə danışıqlar aparılırdı. Yeni mövsümün rejissoru Bülənt İşbilən olacaq.Serialda Osman bəyin oğlu Orxan bəyi “Kızıl Goncalar” serialında Cüneyt obrazını canlandıran Mert Yazıcıoğlu canlandıracaq. Rəsmi açıqlama da verilib – “Kuruluş Osman” serialının istehsalçısı Bozdağ Film məlumat yayıb:“Yeni dövr başlayır! Osman bəyin oğlu Orxan bəyi Mert Yazıcıoğlu canlandıracaq. Xeyirli-uğurlu olsun! Xoş gəldin, Mert Yazıcıoğlu!”Ulusum.az
Diqqət Çəkənlər
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin