AZ

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

İyulun 31-də maliyyə naziri, Azərbaycan Respublikası hökuməti vəMacarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrəbirgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbuledib.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan vəMacarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişafetdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgəKomissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinəverdiyi töhfə qeyd olunub.

Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsindəölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadəolunub.

Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsiplanlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ciiclasına hazırlıq məsələləri də müzakirə olunub.

Nazir Sahil Babayev Komissiyanın növbəti iclasının Azərbaycan vəMacarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti vəinkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes vəinvestisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm vətəhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi,şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digərsahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağınaəminliyini ifadə edib.

Səfiri Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluqmünasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb,ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeydedib.

Seçilən
54
13
az.trend.az

10Mənbələr