ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiyanı hədələyib.
“Qafqazinfo” “Ukrainska pravda”ya istinadən xəbər verir ki, Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.
“Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Onlar sanksiyalardan xəbərdardırlar. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”, - deyə Tramp qeyd edib.
Həmçinin Amerika lideri iyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbənin nəticələrini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”.