AZ

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

Bu barədəTƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.

Eyni zamanda Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunublar.

Seçilən
16
37
aznews.az

10Mənbələr