Bakı. Trend:
Bu gündən etibarən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatıməhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar vəsatıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalantəşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaqməhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, elektron portal vasitəsilə ərzaq məhsullarınısatmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə“ASAN LOGIN” üzərindən ASAN İmza vasitəsilə daxil ola bilərlər.
Qeyd edək ki, ASAN İmza yalnız VÖEN hesabına bağlı olduğu haldakeçərlidir.
Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti ilüçün “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən portala daxiledilən elana uyğun olaraq bir və ya bir neçə adda məhsula dairtəkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasındasistemə yükləyə bilərlər. Qeyd edilən tarixədək təkliflərinielektron portala daxil etməyən istehsalçılar və ya satıcılarsatınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsitamamilə ödənişsizdir.
Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsininvəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisəvə təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyənistehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portalərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydadasatın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesininoperativ həllini təmin edir.