AZ

U-21 millimizin Çexiya ilə səfər matçının yeri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı bəlli olub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, millimiz Avropa çempionatının seçmə mərhələsində Çexiya yığmasının qonağı olacaq. B qrupunun 3-cü turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, U-21 millimiz seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Seçilən
48
30
arena.az

10Mənbələr