AZ

Qalada yol qəzası olub, 17 yaşlı yeniyetmə ölüb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qala qəsəbəsində qəzaya düşən 17 yaşlı yeniyetmə xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib.

Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
40
apa.az

10Mənbələr