AZ

Azərbaycan və Suriya potensial layihələri müzakirə edib

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.

İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik", - M. Cabbarov qeyd edib.

Seçilən
55
15
operativmm.az

10Mənbələr