AZ

Bu gün minə yaxın namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə DİM məlumat ayıb.
 
Bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahan vermək üçün 783 namizəd qeydiyyatdan keçib.
 
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.
 
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdan keçib.
 
İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.
 
Bu imtahanlara gələn namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
 
İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.
Seçilən
9
49
moderator.az

10Mənbələr