AZ

Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-2

Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.

Xalq yazıçısı ilə əvvəlcə Milli Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilib.

Mərasimin ardınca mərhumun cənazəsi dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.

13:21

Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov və müavinləri, mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri və media mənsubları iştirak ediblər.

11:33

Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilir.

Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.

Vida mərasiminə Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov da qatılıblar.

"Cebheinfo.az" 

Seçilən
46
5
cebheinfo.az

10Mənbələr