Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 383 ümumi təhsil müəssisəsinin rəhbəri barəsində intizam tənbehi tədbiri görülüb. 21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib. Məktəbəqədər təhsil müəssisələrində 189 rəhbərlə bağlı intizam tənbehi tədbiri tətbiq olunub. Məktəbdənkənar təhsil müəssisələrində 20 rəhbərə intizam tənbehi verilib.
2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.
Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələtinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.
Qeyd edilib ki, ümumilikdə monitorinqlərin əsas məqsədi tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsidir. Həmçinin, təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.
10Mənbələr
-
mynews.az21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ ( 20017380)
-
sfera.az21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ ( 20014650)
-
sfera.az21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ ( 20014638)
-
news24.azAzərbaycanda 21 məktəb direktoru işdən çıxarılıb ( 20005798)
-
7times.az3 bağça müdiri işdən çıxarılıb ( 20012952)
-
yeniazerbaycan.comMÜTDA: Məktəbdənkənar təhsil müəssisələrində 20 rəhbərə intizam tənbeh verilib ( 20012151)
-
yeniazerbaycan.comMÜTDA: Məktəbdənkənar təhsil müəssisələrində 20 rəhbərə intizam tənbeh verilib ( 20012070)
-
manset.az3 bağça müdiri işdən çıxarıldı ( 20012013)
-
baki-xeber.com21 məktəb direktorunun əmək müqaviləsinə xitam verildi ( 20011845)
-
far.az21 məktəb direktorunun işinə XİTAM VERİLİB - RƏSMİ ( 20011671)