AZ

Niderland Ukraynaya ABŞ istehsalı hərbi texnika göndərən ilk NATO ölkəsi olacaq

Niderland Ukraynaya ABŞ istehsalı olan silah sistemlərini göndərən ilk NATO dövləti olacaq.

Bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X”də paylaşım edib.

Onun sözlərinə görə, Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcək.

MənbəAPA
Seçilən
17
10
banker.az

10Mənbələr