Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyigözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi iləəvəz olunacaq.
Havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubətisə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərqküləyi əsəcək.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41dərəcəyədək isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə istiolacaq.