AZ

Bakı-Şamaxı-Yevlax yolunda qəza: Ana və körpəsi öldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən ana və övladını avtomobil vuraraq öldürüb.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Seçilən
21
46
publika.az

10Mənbələr