AZ

Sabah 41 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyigözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzolacaq.

Havanın temperaturu gecə +25 dərəcədən +29 dərəcəyədək, gündüz+35 dərəcədən +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadanaşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz40-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir dumanolacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz+35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək,dağlarda gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +28 dərəcədən+33 dərəcəyədək olacaq.

Seçilən
8
49
az.trend.az

10Mənbələr