AZ

Hərbi Prokurorluqda yeni idarə yaradılıb, rəis təyin edildi

Azərbaycan Respublikası HərbiProkurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib.

Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Qəhrəmanov Şöhrət Qazaxəli oğlu tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinatlar olub.

Seçilən
36
26
bakivaxti.az

10Mənbələr