AZ

Tramp və Putinin sammiti üçün neytral və təhlükəsiz məkan tapmaq çətinləşir...

BCM-inn Putin haqqında orderi Trampla görüşün mümkünlüyünü məhdudlaşdırır...

Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsi (MİH) tərəfindən həbsinə dair orderin qüvvədə olması onun ABŞ-ın keçmiş prezidenti Donald Trampla mümkün görüşünün keçirilməsi üçün məkan seçimini ciddi şəkildə məhdudlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti yazıb. Nəşr qeyd edir ki, 2023-cü ildə Putinə qarşı irəli sürülən hərbi cinayət ittihamları nəticəsində Rusiya prezidenti Roma Statutuna qoşulmuş 125 ölkədə həbs edilə bilər.

Bu səbəbdən, 2018-ci ildə Tramp və Putinin görüşünə ev sahibliyi edən Finlandiyanın paytaxtı Helsinki artıq potensial məkan kimi çıxış edə bilmir. Finlandiya Roma Statutunu imzalayan ölkədir və Putin ora səfər edəcəyi təqdirdə onu həbs etməyə borcludur.

Eyni səbəblə Şveçrə, Avstriya, İslandiya, Malta, Fransa, İspaniya və Birləşmiş Krallıq da ehtimal edilən görüş məkanları siyahısından çıxarılır. Bu ölkələr keçmişdə ABŞSSRİ liderləri arasında sammitlərə ev sahibliyi etmişdi. Almaniyanın Potsdam şəhəri də istisna olunur, çünki Almaniya da Roma Statutunun iştirakçısıdır.

Tarixi baxımdan Tramp üçün cəlbedici ola biləcək digər məkan – Krımın Yalta şəhəri də əlverişli sayılmır. 1945-ci ildə Ruzvelt, Stalin və Çörçillin görüşü burada baş tutsa da, Yalta hazırda Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisidir və danışıqlar üçün mübahisəli və siyasi cəhətdən həssas məkan kimi qiymətləndirilir.

Digər mümkün məkanlardan biri Tehran ola bilərdi – 1943-cü ildə ABŞ, SSRİBritaniya liderləri burada görüşmüşdü. Lakin Trampın İrana qarşı sərt siyasəti və ABŞ-ın İran nüvə obyektlərinə endirdiyi zərbələr bu ehtimalı da faktiki olaraq mümkünsüz edir.

Hazırkı geosiyasi şərtlər fonunda sammitin baş tutması üçün ən real məkan kimi Səudiyyə Ərəbistanı və ya Türkiyə göstərilir. Bu ölkələr artıq Rusiya-Ukrayna münaqişəsi üzrə bir sıra danışıqlara ev sahibliyi ediblər və neytral mövqedə çıxış etməyə çalışırlar.

Daha bir alternativ isə Macarıstan ola bilər. Baş nazir Viktor Orban həm Trampa, həm də Putinə yaxın münasibətləri ilə tanınır. Aprel ayında onun hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini açıqlamışdı. Bundan əlavə, Orban yaxın günlərdə MİH tərəfindən hərbi cinayətlərdə ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahunu Budapeştdə qəbul etmişdi. Bu da Macarıstanı sammit üçün potensial təhlükəsiz məkana çevirir.

Poliqon.info

Seçilən
35
50
poliqon.info

10Mənbələr