AZ

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Avqustun 7-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 31 ədəd patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
22
49
unikal.az

10Mənbələr