Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-də "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (@azpresident) #ABŞ-yə işgüzar səfəri çərçivəsində #SOCAR-ın prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə (@SRBednarek) görüşdük.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 8, 2025
Görüşdə Azərbaycanın… pic.twitter.com/VOLalfaaNX