Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidentiRövşən Nəcəfin ABŞ-də “SpaceX” şirkətinin vitse-prezidenti StefaniBednareklə görüşü baş tutub.
Trend xəbərverir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşımedib.
O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzarsəfəri çərçivəsində baş tutub.
“Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişafistiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.
“SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədəninnovativ və kosmik texnologiyaların, süni intellekt həllərinintətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıqimkanlarını müzakirə etdik”, - deyə paylaşımda qeyd edilib.