AZ

Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-də "SpaceX" şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşü baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutub.

"Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

"SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
9
milli.az

10Mənbələr