“İmişli” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalanıb.
20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transfer olunub.
Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.