LERİK, 9 avqust. TELEQRAF
Lerikdə üzərinə ağac aşan kişi dünyasını dəyişdi.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında bədbəxt hadisə baş verib. Belə ki, Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev şəhid ailələri üçün ayrılan kvota ilə meşəyə odun gətirməyə gedib.
Odun doğramaqla məşğul olduğu vaxt yaxınlıqdakı iri gövdəli ağacın budağı onun üzərinə aşıb. Nəticədə A. Ağayev ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o, meşə ərazisindən çıxarılaraq kəndə yaxın yerə gətirilib. Lakin yolsuzluq səbəbindən təcili tibbi yardım briqadası hadisə yerinə çata bilməyib və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.