AZ

Lerikdə üzərinə ağac aşan kişi dünyasını dəyişdi

LERİK, 9 avqust. TELEQRAF

Lerikdə üzərinə ağac aşan kişi dünyasını dəyişdi.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında bədbəxt hadisə baş verib.

Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev şəhid ailələri üçün ayrılan kvota ilə meşəyə odun gətirməyə gedib.

İ.Ağayev odun doğrayan zaman yaxınlıqdakı iri gövdəli ağacın budağı üzərinə aşıb. O ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə meşə ərazisindən çıxarılaraq kəndə yaxın yerə gətirilib. Lakin təcili tibbi yardım briqadası hadisə yerinə çata bilməyib. İbrahim Ağayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
14
teleqraf.com

10Mənbələr