AZ

İrəvan və Bakının sülh istiqamətində irəliləyişi... NATO

ain.az, Axar.az portalına istinadən məlumat verir.

NATO Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə NATO mətbuat katibi Allison Hart sosial şəbəkə hesabında bəyanat verib.

“Biz Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişdən məmnunuq. Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edirik. Bu regional təhlükəsizlik və normallaşma prosesi üçün mühüm bir addımdır. NATO tərəfdaşları olan Azərbaycan və Ermənistanla işləməyə davam edəcək”- bəyanatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
50
axar.az

10Mənbələr