AZ

Quterreş Azərbaycan və Ermənistan liderlərini alqışlayıb

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı atılan addım münasibətilə alqışladığını bildirib.

 

Pravda.az xəbər verir ki, Quterreş tərəflərin ABŞ Prezidenti Donald Trampla imzaladığı Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm mərhələ kimi qiymətləndirib.

 

“Prezident Əliyev və Baş nazir Paşinyanın davamlı dialoqa və etimadın qurulmasına sadiqliyini yüksək qiymətləndirir, irəliləyişin əldə olunmasında Prezident Trampın səylərini tanıyıram. BMT-nin Cənubi Qafqazda davamlı sülhün irəlilədilməsi istiqamətində göstərilən bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyirəm.”, - Quterreş əlavə edib.

Tarix: 9 Avqust 2025, 22:31   
Seçilən
12
46
pravda.az

10Mənbələr