AZ

İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb...

“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Poliqon.info 

Seçilən
82
13
poliqon.info

10Mənbələr