Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, avqustun 11-dəarabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyiilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt,Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənubçimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° istiolacaq.