BAKI, 10 avqust. TELEQRAF
Şəki şəhərinin Aşağı Göynük kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan kafenin dam örtüyünün və bitişik ümumi sahəsi 204 m² olan tikilinin yanar konstruksiyaları 18 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb. Kafenin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Güloğlular kəndində isə “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə Zaqatala şəhərində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 60 m² olan obyektin yanar konstruksiyaları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.