AZ

“Karvan Yevlax" növbəti transferini həyata keçirib

“Karvan Yevlax" klubu növbəti transferini həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.

Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.

Seçilən
2
45
report.az

10Mənbələr