AZ

“Karvan-Yevlax” iranlı müdafiəçi aldı

“Karvan-Yevlax” klubu növbəti transferini həyata keçirib.

Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib.

Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.

Seçilən
69
45
msport.az

10Mənbələr