AZ

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib

Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə  bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Seçilən
43
49
far.az

10Mənbələr