“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Operativ Media xəbər verir ki, "kimyaçılar" ötən mövsüm Türkiyənin “Sivasspor” klubunda çıxış edən Samba Camara ilə anlaşmaq üzrədir.
32 yaşlı malili müdafiəçi karyerası ərzində Fransanın “Le Havre” və ABŞ-ın “New England” klublarında da forma geyinib. O, indiyədək 243 oyunda 2 qol və 3 assistlə yadda qalıb.