AZ

Rusiyanın bir vilayətindən 30-dan çox azərbaycanlı deportasiya olunub

Rusiyanın Sverdlovsk vilayətindən 30-dan çox azərbaycanlı deportasiya olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin hesabatından məlum olur.

Bildirilir ki, yanvar-iyul ayından vilayətdən təxminən 1000 qanunsuz miqrant çıxarılıb. Onların əksəriyyətini Mərkəzi Asiya ölkələrinin (Tacikistan, Özbəkistan, Qırğızıstan) vətəndaşları təşkil edir. Deportasiya edilənlərin siyahısında həmçinin 33 azərbaycanlı var. Gürcüstan, Misir və Çindən olan az sayda xarici vətəndaş (1-6 nəfər) da regionun ərazisini tərk etməyə məcbur olublar.

Qurumun məlumatına görə, onlar Rusiyaya işləməyə gəliblər, lakin ölkə ərazisində qanuni əsaslar olmadan qalıblar.

O da vurğulanır ki, miqrantlar prosedur müddətində əcnəbi vətəndaşlar üçün xüsusi müvəqqəti saxlama mərkəzlərində saxlanılıblar.

Xəbər 3 dəfə oxunub.
Seçilən
61
50
xezernews.az

10Mənbələr