AZ

Putin-Tramp görüşü Alyaskada baş tutacaq

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 1867-ci ildə Rusiya İmperiyasından aldığı Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

TurkicWorld xəbər verir ki, Putin avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə edəcək. Bu, onun 2015-ci ildə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka getməsindən sonra ABŞ-a ilk səfəri olacaq. Keçmişdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev ABŞ-a səfər etsələr də, heç biri Alyaskaya getməyib.

Alyaska 1732-ci ildə rus kəşfiyyatçıları tərəfindən kəşf edilib və uzun müddət Rusiya ərazisi olub. 1867-ci il martın 30-da Çar II Aleksandrın icazəsi ilə ABŞ-a 7,2 milyon dollara satılıb. Bu gün Alyaska qızıl, neft, təbii qaz, balıqçılıq ehtiyatları və strateji mövqeyi ilə ABŞ-ın ən gəlirli torpaq alımı hesab olunur.

Qeyd edək ki, Alyaska ilə Rusiyanın Çukotka bölgəsi arasındakı məsafə cəmi 86 kilometrdir və iki ölkəni ayıran sərhəd Beynəlxalq Tarix Xəttindən keçir. 15 avqust 2025-ci ildə Alyaskada keçiriləcək Putin-Tramp sammiti zamanı sərhədin Rusiya tərəfində tarix artıq 16 avqust olacaq.

Seçilən
23
50
turkic.world

10Mənbələr