AZ

Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu

Ermənistan-Türkiyə sərhədinin açılması üçün konkret tarixlər məlum deyil.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin diplomatik mənbələrinə istinadla məlumat yayıb.

“Bu mövzu (Ermənistan-Türkiyə sərhədinin açılması) üçün konkret müddət yoxdur. Cənab prezidentin (Rəcəb Tayyib Ərdoğan) qeyd etdiyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel davam edəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq”, - agentliyin həmsöhbəti bildirib.

Seçilən
34
2
bakuinfo.net

10Mənbələr