Sabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geri dönmədə (metronun “Koroğlu” stansiyasından şəhərə və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Missiya.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.